"Qəbələ" - "Sumqayıt" matçının keçirilmə vaxtı dəyişdirildi

15 Sentyabr 2015 13:55 (UTC+04:00)

Azərbaycan Premyer Liqasının V turunda keçiriləcək "Qəbələ" - "Sumqayıt" oyununun vaxtı dəyişdirilib.

Teleqraf.com-un Peşəkar Futbol Liqasına (PFL) istinadən verdiyi məlumata görə, görüş əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 20-də deyil, bir gün sonra baş tutacaq.

Belə ki, "Qəbələ" klubu PFL-ə müraciət edərək "Sumqayıt"la görüşün vaxtının dəyişdirilməsini xahiş edib. PFL əsasnaməni nəzərə alaraq, Azərbaycanı Avropa Liqasında təmsil edən komandanın oyun vaxtını dəyişib.