Həmas: "İsrail səfirlərini ölkənizdən qovun!"

16 Sentyabr 2015 22:54 (UTC+04:00)

"Ərəb dövlətləri, İsrail səfirlərini ölkənizdən qovun!"

 

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, belə bir çağırışla Fələstin İslam Müqavimət Hərəkatı (Həmas) liderləri çağırış edib. Onlar bu çağırışı İsrail əsgərlərinin Əl-Əksa Məscidinə hücum etməsi ilə əlaqələndiriblər.

 

Açıqlamada bildirilir ki, bu hadisə ilə əlaqədar İslam ölkələri İsrailə hüquqi və siyasi təzyiqlər göstərilməlidir.

 

Qeyd edək ki, yəhudilərin yeni il bayramı günündə Əl-Əksaya gələn israillilərlə fələstinlilər arasında insident yaşanıb. Hadisə nəticəsində aralarında qadınların da olduğu çoxlu sayda insan xəsarət alıb.

 

Samir