Ər arvadını amansızlıqla qətlə yetirdi

31 May 2014 11:58 (UTC+04:00)

Azərbaycanda kişi həyat yoldaşını qətlə yetirib.

Yardımlı Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə rayonun Kürəkçi kəndində qeydə alınıb.


Kənd sakini, 26 yaşlı Samir Hüseynov qısqanclıq zəminində həyat yoldaşı, 22 yaşlı Fəridə Babayevanı çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Hadisəni törədən S. Hüseynov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir. /apa/