Silahlı qarşıdurma: 7 terrorçu məhv edildi

1 İyun 2014 23:46 (UTC+04:00)

Əfqanıstanda Taliban silahlıları ilə hökumət qüvvələri arasında baş verən qanlı insidentdə 7 terrorçu məhv edilib.

Teleqraf.com xəbər verir ki, Faryab vilayətinin rəsmisi Məhəmməd Nabi Elhamın bildirdiyinə görə, qarşıdurma nəticəsində 1 əsgər yaralanıb.

Taliban tərəfindən hələ heç bir açıqlama verilməyib.