Yusif Bağırzadə namizədlikdən niyə imtina etdi?

6 Oktyabr 2015 18:44 (UTC+04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə namizədliyini geri götürüb.

Teleqraf.com xəbər verir ki, bu barədə 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsindən AzNews.az-a məlumat verilib. Qeyd olunur ki, Y.Bağırzadə namizədliyinin qeydə alınmaması üçün DSK-nın sədrinə ərizə ilə müraciət edib: “Oktyabrın 2-də özü ərizə verib, lakin qeydə alınmaqdan imtina edib”.

Xatırladaq ki, 37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Pərvin Kərimzadədir.

Məsələ ilə bağlı AMİP-dən bildirilib ki, sədrin namizədlikdən imtinası ilə bağlı yaxın vaxtlarda açıqlama veriləcək.

Ayxan