Goranboyda avtomobil yandı: ölənlər var

20 Oktyabr 2015 17:48 (UTC+04:00)

Goranboy rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının rayonun Borsunlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobilin aşması nəticəsində maşında yanğın meydana gəlib.

Hadisə zamanı iki nəfər həyatını itirib. Faktla bağlı araşdırma aparılır.