İrana qarşı sanksiyalar ləğv edilməyə bilər

22 Oktyabr 2015 14:04 (UTC+04:00)

İranın oktyabrın 10-da ballistik raket sınağı keçirməsi BMT Təhlükəsizlik Şurasının iclasında əsas müzakirə məsələsi olub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri Təhlükəsizlik Şurasından raket sınağı üçün İrana qarşı xüsusi qaydaların tətbiqinin vacibliyini qeyd ediblər.

Onlar Tehran hakimiyyətinin bu addımla sanksiyalara qarşı çıxdığı və digər ölkələrə meydan oxuduğunu bildiriblər. ABŞ nümayəndəsi raket sınağınının təxribat kimi qiymətləndirilməsinin lazım olduğunu deyib.

Samir