Türkiyədə güclü yağışlar daşqına səbəb olub

3 İyun 2014 09:51 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində dünən axşam saatlarında yağan güclü yağışlar daşqına səbəb olub.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verir.

Məlumata əsasən, İstanbulun bir çox səmtlərində bəzi evlərə və iş yerlərinə xeyli sayda ziyan dəyib.

Məlumatda o da qeyd olunur ki, zirzəmilərə dolan suların çəkilməsi üçün çoxlu sayda texnika cəlb olunub.