Ortega dünyanın ən zəngin adamı oldu

24 Oktyabr 2015 09:18 (UTC+04:00)

Amerikanın iqtisadiyyat jurnalı “Forbes” dünyanın ən zəngin insanlarının yeni siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, İspaniyanın “Zara” paltar satış şəbəkəsinin sahibi Amancio Ortega dünyanın ən zənginləri siyahısında ilk sıraya əyləşib.


O, “Microsoft” şirkətinin 59 yaşlı rəhbəri Bill Qeytsi taxtdan salıb. Tərkibində “Zara”nın da olduğu “Inditex Qrup”un səhmlərinin dəyərindəki yüksəlişindən 4,6 milyard dollar qazanan Orteganın sərvəti 80,4 milyard dollara çatıb.


Bill Qeyts sərvətinə 573 milyon dollar əlavə etsə də 78,1 milyard dollarla ikinci olub.

Üçüncü sırada 64,4 milyard dollar sərvətə sahib Amerikalı Varren Buffett qərarlaşıb. Meksikalı Karlos Slim isə 62,5 milyard dollar sərvətlə 4-cü olub.