İsmayıllıda bir ailə qəzaya düşdü: 2 ölü, 1 yaralı

26 Oktyabr 2015 15:28 (UTC+04:00)

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Malagan Külüllü kəndində qeydə alınıb.

Qazax rayon sakini Məhəmməd İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə özü və sərnişinlərindən atası Vaqif hadisə yerində ölüb, digər sərnişini, qardaşı İsmayıl xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Hacı Zeynalov