Fanatları ilə selfi çəkdirən aktyor həbs edildi

28 Oktyabr 2015 23:35 (UTC+04:00)

Səudiyyə Ərəbistanında məşhur aktyor və teleaparıcı Əbdül Əziz əl-Kassar həbs edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, buna səbəb Kassarın reklam üçün razılaşdığı ticarət mərkəzində asayişi pozması olub.

Daha doğrusu, fanatları ilə selfi edən aktyor ticarət mərkəzində gözlənilməz izdihamla qarşılanıb. Din və əxlaq polisi isə aktyor bölməyə apararaq, telefonunu müsadirə edib.

Samir