Çindən gözlənilməz qərar

29 Oktyabr 2015 16:49 (UTC+04:00)

Çində ailələrə uşaq sayı ilə bağlı 1970-ci ildən tətbiq edilən qadağa ləğv edilib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bundan sonra hər ailə iki uşaq sahibi ola biləcək.

Hesablamalara görə, bu qanunun qəbulu ilə Çinin əhalisinin sayı 1,7 milyarda çatacaq.

Qeyd edək ki, 2012-ci ilin hesabatında Çində əhalinin sayı 1,351 milyard göstərilib.

Samir