Litva çempionu müəyyənləşdi

1 Noyabr 2015 16:25 (UTC+04:00)

Litva çempionatında cari mövsümün qalibi bəlli olub.

Qol.Az-ın məluatına görə, bu, sona üç tur qalmış baş verib.

“Jalgiris” 33-cü turda səfərdə "Atlantas” üzərində 1:0 hesablı qələbədən sonra çempionluğunu rəsmiləşdirib. Bu, paytaxt təmsilçisinin ardıcıl 3-cü çempionluğunu olub.

Qeyd edək ki, "Jalgiris” buna qədər 5 dəfə çempionluq kubokunu başı üzərinə qaldırıb.