"Çelsi" seçim qarşısında: ya Mourinyo, ya da Hazard

3 Noyabr 2015 15:27 (UTC+04:00)

Bu mövsüm uğursuzluğu ilə diqqət çəkən "Çelsi"nin baş məşqçisi Joze Mourinyo postunda qalacağı halda komandanın məşhur siması Eden Hazardın "Real"a keçmək ehtimalı daha da artacaq.

Teleqraf.com "Daily Mail" istinadən xəbər verir ki, belçikalı futbolçu ilə portuqaliyalı mütəxəssis arasındakı münasibət heç də yaxşı deyil. Hazard artıq Mourinyo və müxtəlif tənqdiçilərin fikirlərindən yorulub.

Əgər Mourinyo "Çelsi"dən kənarlaşdırılmayacağı təqdirdə təcrübəli futbolçu yayda "Real"a keçəcək.

Xəbərdə bildirilir ki, yarımmüdafiəçi uşaqlıqdan "Real" azarkeşidi və Zinəddin Zidan onun kumiridi.

Rüstəm