İŞİD Kərkükə hücum etdi

4 Noyabr 2015 11:17 (UTC+04:00)

İŞİD terror təşkilatı döyüşçüləri İraqın Kərkük şəhərinə intihar hücumu təşkil edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, partlayışlar şəhərin Dubız rayonunda yerləşən icra hakimiyyətinin binasında və polis məntəqəsində baş verib.

Rəsmi məlumatlara görə, hadisə zamanı 2 polis həyatını itirib, 10-dan çox insan xəsarət alıb.

Samir