Polisə işə düzəltmək adı ilə dələduzluq edənə hökm oxundu

5 Noyabr 2015 15:04 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mobil Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mobil Süleymanov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Mobil Süleymanov Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. O, Baş Mühafizə İdarəsinin keçmiş əməkdaşı olub. Mobil Süleymanov Qəşəm Əliyev və Almaz Zeynalovanın etibarını qazanaraq ümumilikdə 14 min manat pul alıb.

O, Qəşəm Əliyev və Almaz Zeynalovanın oğlunu Baş Mühafizə İdarəsinə işə düzəldəcəyinə söz versə də, o bu əməlini yerinə yetirməyib.

Hacı Zeynalov