Venesuelada zəlzələ: ölən var

7 Noyabr 2015 22:20 (UTC+04:00)

Venesuelada 5,3 bal gücündə zəlzələ baş verib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Merida şəhərindən 27 km aralıda, ocağı isə 10 km dərinlikdə yerləşib.


Zəlzələ nəticəsində bir nəfər daş uçqununun altında qalaraq ölüb, xəsarət alan yoxdur.


Zəlzələ ilə əlaqədar ölkənin bir sıra bölgəsində avtomobil tunelləri bağlanıb, elektrik enerjisinin verilməsi dayandırılıb.