Türkiyədə miqrant faciəsi: 14 ölü

11 Noyabr 2015 12:27 (UTC+04:00)

Türkiyənin Çanaqqala bölgəsinin Ayvacık rayonunda qeyri-qanuni yolla Yunanıstanın Middili adasına keçməyə çalışan miqrantları daşıyan qayıq batıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 14 nəfər həlak olub, 27 miqrant xilas edilib.

Məlumatlara görə, ölənlərdən 7-i azyaşlı olub.

Samir