Del Boskedən Messiylə bağlı şok açıqlama

11 Noyabr 2015 16:16 (UTC+04:00)

İspaniya yığmasının baş məşqçisi Visente Del Boske bildirib ki, ölkənin futbol federasiyası vaxtilə "Barselona"nın forvardı Lionel Messini milli komandaya dəvət etməyə çalışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Məşqçi açıqlamasında bunları söyləyib: "Belə bir cəhd olub, amma o, doğulduğu ölkənin yığma komandasında çıxış etməyə qərar verdiyini bildirdi.

Hər şey belə oldu, artıq nəyisə dəyişmək mümkün deyil. Heç nə olmamış kimi yola davam etmək lazımdı.

Heç kim bilmir ki, yeni Messi və ya yeni Ronaldo haradan gələcək".

Rüstəm