Əfqanıstanda toqquşmalar: 22 ölü, 42 yaralı

17 Noyabr 2015 18:04 (UTC+04:00)

Əfqanıstanın şimalındakı Sar-i Pul vilayətində yerli qüvvələrlə "Taliban" terrorçuları arasında toqquşmalar baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı vilayət polis rəisi Əbdülkayyum Bakizoy məlumat verib.

Onun sözlərinə görə, döyüşlər zamanı 2-si polis olmaqla 22 nəfər həyatını itirib, 40 terrorçu və 2 əsgər isə yaralanıb.

Samir