Bakıda ağac 3 evin üstünə düşdü

18 Noyabr 2015 09:54 (UTC+04:00)

Bakıda küləyin gücündən aşan ağac 3 evin üstünə düşüb.

Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Bakı şəhərində əsən güclü küləyin təsirindən hündürlüyü 15-20 metr, diametri 1 metr olan ağac aşaraq 3 fərdi yaşayış evinin üzərinə düşüb.

Əraziyə cəlb edilmiş FHN xilasediciləri və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin əməkdaşları təhlükə yaradan ağacı xüsusi alət vasitəsilə kəsib, sakinlərin təhlükəsizliyini təmin ediblər.