"Roma"nın hücumçusu zədələndi

19 Noyabr 2015 15:50 (UTC+04:00)

"Roma" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanın futbolçusu Jervinyo zədələnib.

28 yaşlı futbolçu "DÇ-2018"in seçmə mərhələsində Liberiya ilə görüşdə (3:0) zədə alıb. Oyuna davam edə bilməyən Fil Dişi Sahili yığmasının üzvü 72-ci dəqiqədə əvəzlənib. Jervinyonun hansı müddətə sıradan çıxdığına aparılacaq tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, cari mövsüm İtaliya A Seriyasında 10 matça çıxan Jervinyo 6 qol vurub və 1 məhsuldar ötürmə verib.