Oğlunun gözlərini çıxardı – qəzəbli anadan ağlasığmaz hərəkət

19 Noyabr 2015 23:36 (UTC+04:00)

Rusiyanın Murmansk vilayətində dəhşətli cinayət baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qəzəbli ana əlindəki bıçaqla oğlunun gözlərini çıxarıb. Əsəbi soyumayan qadın 27 yaşlı gəncin cinsiyyət orqanını kəsib.

Polis tərəfindən saxlanılan qadın öz əməlini ətrafdakıları qormaq üçün etdiyini deyib. O, oğlunun ətrafdakı insanların həyatını korlamasının qarşısını aldığını bildirib.

Kolskoy rayon məhkəməsi qadın barəsində 2 ay müddətinə həbs qəti-imkan tədbiri seçib. Xəstəxanaya çatdırılan gəncin həyatını xilas etmək mümkün olmayıb.

Samir