Droqba yeni kitabında bir neçə sirri açdı

20 Noyabr 2015 08:36 (UTC+04:00)

"Çelsi"nin və Fil Dişi Sahili millisinin sabiq futbolçusu Didye Droqbanın yeni kitabı çıxıb. Hazırda MLS liqasında, "Monreal"da top qovan Droqba kitabında əsasən, "Çelsi"nin şərəfini qoruduğu zaman olan maraqlı hadisələrə yer verib.

Komanda.az xəbər verir ki, 37 yaşlı futbolçu kitabda "Çelsi"nin heyətində qalib olduğu Çempionlar Liqasının "Barselona"ya qarşı səfər oyunuyla bağlı maraqlı fikirlərə yer verib. Belə ki, Droqba "Barsa"ya qarşı "Nou Kamp"dakı oyunun fasiləsində komandanın üzvlərinin məsuliyyəti öz üzərlərinə götürdüyünü yazıb:

"Fasilədə oyunçular bir-bir irəli çıxaraq məsuliyyəti öz üzərlərinə götürürdülər. Baş məşqçi (Roberto Di Matteo) Branislav İvanoviçə müdafiənin mərkəzində oynamağı tapşırdı. Ancaq Xose Bosinqva "yox, yox, mərkəzdə mən oynayaram" deyə, özünü qabağa verdi".

Xatırladaq ki, Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə "Barsa"nı 1:0 hesabıyla məğlub edən "Çelsi", səfər oyununda ilk hissədən sonra 0:2 hesabıyla geridəydi. Ancaq fasilədən sonra 2 dəfə rəqib qapısına yol tapan "zadəganlar" finala vəsiqə qazanmışdı. London təmsilçisi finalda "Bavariya"nı penaltilər seriyasında məğlub edərək tarixində ilk və hələ ki, yeganə Çempionlar Liqasını qazanmışdı.