Nərimanovda “zek” intihara cəhd etdi

20 Noyabr 2015 18:25 (UTC+04:00)

Bakının Nərimanov rayonunda keçmiş məhkum intihara cəhd edib.

Teleqraf.com xəbər verir ki, hadisə H.Murad küçəsi, ev 7-də qeydə alınıb.

1968-ci il təvəllüdlü Adil Alıyev özünü yaşadığı evin 2-ci mərtəbəsibnin damından ataraq intihar edib. O, 5 saylı xəstəxanada tibbi yardım alıb.

Əvvəllər məhkum olunmuş Adil Alıyev ailə münaqişəsi zəminində mübahisəsi olub və sonradan özünü öldürmək istəyib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Hacı Zeynalov