Xatun Əliyeva: “Parodiya etdiyim düşmənlərim…”

21 Noyabr 2015 12:02 (UTC+04:00)

Burun əməliyyatından sonra depressiyaya düşdüyü deyilən müğənni Xatun Əliyeva bunun yalan olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, o, “Star life” verlişinə açıqlamasında depressiyaya düşməsinə aydınlıq gətirib: “Burun əməliyyatından sonra bir müddət toy məclislərinə getmədim, özümə baxdım. Depressiyaya düşməyimə gəlincə, bu, parodiya etdiyim düşmənlərimin antireklamıdır. Şayiə yayıblar ki, depressiyaya düşmüşəm, burnum pis əməliyyat olub. Mən də səbr etdim və heç kimə bu barədə açıqlama vermədim. Şükür Allaha burnum çox gözəldir və əməliyyatdan razıyam”.

Rəqsanə