​Almaniyada bina partladı: 3 ölü

21 Noyabr 2015 17:17 (UTC+04:00)

Almaniyanın Baden-Vuttemberg əyalətinin Baden bölgəsinin Karlsure şəhərində üçmərtəbəli binanın ikinci mərtəbəsində baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, şəhərin hüquq-mühafizə orqanlarının təmsilçiləri partlayışın texniki nasazlıqdan baş vermədiyini bildiriblər.

Partlayışdan sonra baş verən yanğın söndürülüb. Binadakı sakinlər təxliyə olunub.