Naibə Allahverdiyeva xəstələndi

25 Noyabr 2015 16:36 (UTC+04:00)

Əməkdar artist Naibə Allahverdiyeva “Qardaşlar” serialındakı fəaliyyətini dayandırıb.

Aktrisa Teleqraf.com-a bildirib ki, səhhətinə görə hazırda serialın çəkilişlərində iştirak etmir: “Qardaşlar” serialında rolum hələ ki, dayanıb. Xəstələndiyimə görə çəkilişlərdə iştirak edə bilmirəm. Qan dövranım yaxşı işləmir və sinir sistemimdə bir az problem yaranıb. Müalicəyə görə İrana getmək istəyirdim, alınmadı. Çünki qızım evdə təkdir. İndi müalicə alıram”.

Rəqsanə