Elmira Paşayeva "Şöhrət" ordeni ilə təltif edildi

25 Noyabr 2015 19:05 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Elmira Paşayevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında musiqi təhsili sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Elmira Mir Cəlal qızı Paşayeva “Şöhrət” ordeni ilə təltif edilsin.