Türkmənlər geri çəkilir: Əsəd ordusu o bölgəni ələ keçirdi

26 Noyabr 2015 13:34 (UTC+04:00)

Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr Bayırbucaq bölgəsində yerləşən Türkmən dağında nəzarəti ələ alıblar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücumdan sonra türkmənlər geri çəkilməyə məcbur olub. Döyüşlər zamanı 5 türk həyatını itirib.

Qeyd edək ki, bu ərazi 3 gün öncə türkmənlər tərəfindən azad edilmişdi.

Samir