İki azyaşlı körpəsini öldürən ana məhkəmə qarşısında

27 Noyabr 2015 13:36 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki azyaşlı körpəsi qətlə yetirən 1988-ci il təvəllüdlü Nəsibə Qurbanovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi bu ilin mayında Albalı bağ massivində qeydə alınıb. İkinci Albalı bağ massivi 515-ci bağ evində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Qurbanova evdə tək olarkən iki körpə balasını boğub öldürüb. Qadın daha sonra öz ürəyinə bıçaqla zərbə yetirib.

Hadisə barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat tutan kimi ora gediblər. Qadın qan içində xəstəxanaya yerləşdirilib.

Məlum olub ki, o, 2012-ci il təvəllüdlü Ayan Məlikzadəni və 10 aylıq körpəsi Ayşəni boğaraq öldürüb. Qadın evdə ağır yaralı olaraq xəstəxana aparılıb. Onun həyatını xilas etmək mümkün olub. O hadisəni bezdiyindən yaşamaq istəmədiyindən törətdiyini və övladlarını heç kimə əmanət etmədiyindən elədiyi bildirib.

Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 30-a təyin edilib.

Hacı Zeynalov