"Arianespace" Azərbaycanın ikinci peykini orbitə çıxaracaq

1 Dekabr 2015 14:26 (UTC+04:00)

Fransanın "Arianespace" şirkəti Azərbaycanın "Azerspace-2/Intelsat 38" telekommunikasiya peykinin orbitə çıxarılması ilə məşğul olacaq.

Bunu rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Bakıda "BakuTel-2015" sərgisinin açılışına həsr edilmiş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, şirkət "Azərkosmos" ASC-nin ll telekommunikasiya peykinin orbitə çıxarılması üzrə tenderin qalibi olub: " Arianespace" Azərbaycanın I peykini də orbitə çıxarmışdı. "Azərkosmos"un bu şirkətlə növbəti müqavilə imzalayacağını gözləyirik".

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38"in 2017-ci ildə orbitə buraxılması gözlənilir.

İlhamə