Tərtərdə ağır qəza: 7 yaralı

1 Dekabr 2015 16:33 (UTC+04:00)

Tərtər rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun İsmayılbəyli kəndində qeydə alınıb.

Rayon sakini Namiq Mirzəyevin idarə etdiyi “Hummer” və Ağdam rayon sakini Əbülfət Quliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Quliyev və 6 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov