Vilayət Eyvazov Nardaranda

1 Dekabr 2015 16:49 (UTC+04:00)

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov hazırda Nardaran qəsəbəsindədir.

Trend-in əməkdaşının məlumatına görə, V.Eyvazov qəsəbədə keçirilən xüsusi əməliyyatla əlaqədar qəsəbəyə gəlib.

Qeyd edək ki, bu gün saat 8:00-da vətəndaşlarımızın hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silahların, partlayıcı maddə və qurğuların yığılması məqsədilə Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilməsinə başlanılıb.