Rusiya Türkiyəyə sübut etməyəcək - Peskov

1 Dekabr 2015 17:51 (UTC+04:00)

"Türkiyənin İŞİD terror təşkilatına neft satışı ilə bağlı məlumatları sübut etməyəcəyik".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya əldə etdiyi məlumatları terrorizmə qarşı döyüşlərdə istifadə edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Türkiyənin İŞİD-ə neft satması ilə bağlı yeni məlumatların əldə edildiyini deyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Rusiyanın bu məlumatları təsdiq etdiyi zaman istefa verəcəyini açıqlayıb.

Samir