İlham Əliyev Kamal Abdullanı “Şöhrət” ordeni ilə təltif etdi

3 Dekabr 2015 13:21 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kamal Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi ilə haqqında sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətinə görə Kamal Mehdi oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin".