Salyanda azyaşlı gölməçədə boğuldu

3 Dekabr 2015 14:19 (UTC+04:00)

Salyan rayonda azyaşlının ölümü ilə nəticələnən faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Seyidsadıqlı kəndində qeydə alınıb.

Kənd sakini, azyaşlı Tağı Tağıyev evinin həyətindəki gölməçəyə düşərək boğulub.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov