Nisə Qasımova: “Efirdə pulla görünən müğənniləri ...”

5 Dekabr 2015 17:22 (UTC+04:00)

“Efirdə pul və tapşırıqla görünən müğənniləri xalq artistinin yanında daha ucalara qaldırmaq aparıcıya nüfuz gətirmir. Kim olur-olsun, sənin verilişində xalq artisti qonaqdırsa, ona üstünlük verməlisən”.


Bu sözləri Teleqraf.com-a xalq artisti Nisə Qasımova deyib: “Mənim dünyam” verilişinə dəvət etdiyim sənətçilər mənim qonaqlarımdırlar. Onlara münasibətimi göstərirəm. Bilirlər ki, Nisə xanım verilişdə onları iynələməz, sancmaz, atmaca atmaz. Söhbət edərkən lağlağı, ələ salıcı heç nə deməz. Sadəcə, onların yaradıcılığı və uşaqlıq xatirələri haqqında suallar verirəm. “Mənim dünyam”da məqsədim odur ki, tamaşaçılar ekran vasitəsilə sənət adamlarını görsünlər. Aparıcılıq etdiyim verilişə qədər bir çox verilişlərdə iştirak etmişəm. Bəzi aparıcılar adamın sözünü kəsirlər. Hətta bir neçə müğənni qonaq olan zaman maddi imkanı olan ifaçı birinci görünür. Bu hallar insanın şəxsiyyətinə toxunur. Belə olmaz axı”.

Rəqsanə