Nardaranda qadın evində saxladığı silahı polisə təhvil verdi

7 Dekabr 2015 11:59 (UTC+04:00)

Bakının Sabunçu rayonunda qadın həyat yoldaşının saxladığı silahı polisə təhvil verib.

Teleqraf.com xəbər verir ki, Nardaran qəsəbəsi, Qarayev küçəsi, 71 ünvanında yaşayan 1947-ci il təvəllüdlü Hüstə Əli qızı Bünyatova 1998-ci ildə vəfat etmiş həyat yoldaşı Zeybnalabdin Əliağa Bünyatova məxsus içərisində 6 gülləsi olan 1 ədəd sandıq və TT markalı tapançanı könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov mətbuata müsahibə verərkən Nardaran qəsəbəsində yaşayanlara müraciət etmişdi. Nazir bildirmişdi ki, evində silahı olan şəxslər könüllü polisə təqdim etsin və həmin şəxslər barəsində cinayət işi başlamayacaq.


Hacı Zeynalov