Sabunçuda bir ailənin üç üzvü dəm qazından zəhərləndi: 1 ölü

7 Dekabr 2015 12:39 (UTC+04:00)

Bakının Sabunçu rayonu ərazisində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonunun Pirşağı qəsəbəsində qeydə alınıb.

Aynur Məmmədova evinin hamam otağında dəm qazından zəhərlənərək ölüb, qızı Banu və oğlu Əlişah isə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov