“Bayağı mahnılar o qədər çoxalıb ki…” – ABBAS

8 Dekabr 2015 11:07 (UTC+04:00)

Əməkdar artist Abbas Bağırov bayağı mahnıların çoxalmasından şikayət edib.

O, Teleqraf.com-a açıqlamasında yaxşı musiqini yalnız peşəkarların başa düşəcəyini deyib: “Hər bir mahnını hiss edərək ifa etməlisən, obraza girməlisən. Yaxşı musiqini yalnız yaxşı musiqiçi hiss edə bilər. Məsələn, Tünzalə Ağayeva çox gözəl mahnılar bəstələyir. Çünki peşəkardır. O, musiqini ifa edəndə sözlərini hiss edir. Sözlərin mənası, musiqi ilə bir-birini tamamlayır. Düzdür, indi mahnını hiss edənlər azdır. Bayağılıq o qədər çoxalıb ki, tamaşaçılarda çaşqınlıq yaradır. İnşallah, o da düzələr”.

Rəqsanə