Nardaranda yeni əməliyyat: xeyli sayda silah-sursat tapıldı

8 Dekabr 2015 11:51 (UTC+04:00)

Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri davam edir.

Teleqraf.com xəbər verir ki, əməliyyatı Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi, Bakı Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Əməliyyat tədbirləri nəticəsində Nardaran qəsəbəsi, Abşeron küçəsində, yolun kənarında çexol silah qabında 2 ədəd “Vincester” markalı odlu silah aşkar olunub.

Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları Nardaran qəsəbəsi, Nəsrulla Əsgərov küçəsi 54 saylı ünvanın yaxınlığında yerləşən “Hacı Baxış” pirinin arxasında olan zibillikdə də silah-sursat aşkarlayıblar. Orada “Makarov” tipli tapança, həmin tapançanın darağının içərisində 5 ədəd patron və kardon kutuda 8 ədəd patron aşkar edilib.

Hacı Zeynalov