Bakı sakini bulvarda intihara cəhd etdi

8 Dekabr 2015 14:47 (UTC+04:00)

Bakıda Dənizkənarı Milli Parkda intihara cəhd olub. Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Ömər Hüseynov Səbail rayonu ərazisindəki Milli parkda intihar məqsədi ilə özünü dənizə atıb.

O, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov