Rusiyanın böyük Türkiyə PLANI

9 Dekabr 2015 19:15 (UTC+04:00)

Rusiya qırıcısını vuran Türkiyəyə qarşı iqtisadı sanksiyalarla kifayətlənmək niyyətində deyil.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Moskva Türkiyənin ətrafında hərbi gücünü artırmaqda davam edəcək.

Rusiya 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krıma raket kompleksi yerləşdirib. Suriyadakı Himeymin Hərbi Hava bazasına döyüş təyyarələri, müasir tanklar və S-400 havadan müdafiə sistemi göndərən Rusiya ötən gün Ermənistandakı Erebuni bazasına 14 helikopter yerləşdirib. Onların yarısı tank əleyhinə hücumda istifadə olunan Mi-24, yarısı isə əsgərlərin daşınması üçün nəzərdə tutulan Mi-8 helikopteridir.

Rusiya Suriyanın liman şəhəri Tartusda olan dəniz bazasına "Rostov-on-Don" sualtı qayığını göndərib. Bu qayıqda 2500 km məsafədəki hədəfi vurmaq qabiliyətinə məxsus "Kalibar" tipli raket kompleksli var. Bundan əlavə Şimal qonşumuz “S-300”lərin bənzəri olan hava hücumundan müdafiə sisteminə malik "Moskva" kreyserini və iki sualtı qayığını isə Aralıq dənizinə yerləşdirib.

Suriyadakı Lazkiyə hərbi bazasında 55-ə yaxın döyüş qırıcısı olduğu güman edilir. Onların arasında SU-30 hücum qırıcısı, SU-24, SU-25 və SU-34 bombardımancı təyyarələri var. Bazada 7 ədəd Mi-24, 5 ədəd isə Mi-8 helikopteri də var. Mühafizəni Qara Dəniz Donanmasına məxsus 7-ci Piyada Bölüyü təmin edir. Bazada "Pantser-S1", "Buk-M2", "S-200", "Peçora-2M" və "S-400" kompleksləri də olduğu bilinir. Bundan əlavə radarları sıradan çıxaran "Kruşa" sistemi də yerləşədirilib.

Bazada 15 tank, 30 zirehli transpantyor var. Rusiyanın Xüms yaxınlarında daha bir hərbi baza quraraq Suriyadakı hərbi gücünü ikiqat artırmağı planlaşdırdığıda bildirlib.

Qeyd edək ki, Rusiya oktyabrın 7-də Xəzər Dənizindəki gəmisindəki "Kalibar" raket komleksindən istifadə edərək Suriyadakı İŞİD hədəflərini vurmuşdu. Rusiyanın Xəzər Dəniz Donanmasına 50 döyüş gəmisi daxildir.

Rüstəm