Bazar qiymətləri haqda www.azagro.net-dən xəbər alın

11 Dekabr 2015 11:05 (UTC+04:00)

Kənd Təsərrüfatı Nazirliyinin qiymət informasiya portalı www.azagro.net 46 adda meyvə, tərəvəz və bostan məhsullarının 400 növü üzrə məlumat verir.

Nazirliyin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, portal həmçinin məhsulların iri, orta, xırda ölçülərinə görə əlavə olaraq hər növün çeşidi üzrə gündəlik yenilənən məlumat bazası olaraq tam fəaliyyət göstərir.

Avqust ayından etibarən test rejimində işləyən məlumat bazası dekabrın 1-dən Bakı şəhəri ilə yanaşı regionlarda da fəaliyyət göstərən 19 pərakəndə, 5 topdan satış bazarından gündəlik olaraq toplanan məlumatlar əsasında yenilənir.

Məlumat bazasına Nazirliyin internet səhifəsi vasitəsilə də daxil olmaq olar.

Növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin qiymət məlumat bazası heyvandarlıq, taxılçılıq, texniki bitkilər və digər kənd təsərrüfatı məhsulları üzrə qiymətləri, habelə fermerlərin sahədən satış qiymətlərini özündə əks etdirəcək.

SEVİL