Memarlıq və İnşaat Universitetinin prorektoru vəfat edib

11 Dekabr 2015 12:44 (UTC+04:00)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tədris işləri üzrə prorektoru, «Nəqliyyat tikintisi və yol hərəkətinin təşkili» kafedrasının müdiri, dosent Fərhad Cəfərov vəfat edib.

Prorektorun həyat yoldaşı Aygün Vəkilova APA-ya bildirib ki, F. Cəfərov müalicə aldığı Mərkəzi Klinik Xəstəxanasında bu gün ürək çatışmazlığından dünyasını dəyişib.

Mərhumla vida mərasimi bu gün AzMİU-da keçiriləcək.

F. Cəfərov Badamdar qəbiristanlığında dəfn olunacaq.

Fərhad Mövsüm oğlu Cəfərov 1948-ci ildə Lənkəran şəhərində anadan olub.

1970-75-ci illərdə Azərbaycan Politexnik İnstitutunda, 1985-1989-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun qiyabi aspirantura şöbəsində təhsil alıb.

2004-cü ildə Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki seçilib.

50-dən çox dərc edilmiş əsərlərin, «Yollar kəsişmələrində mühəndisi qurğular», «Avtomobil yollarının istismarı» adında iki dərslik və «Nəqliyyatda ətraf mühitin mühafizəsi və təbiətdən səmərəli istifadənin təşkili» adında bir dərs vəsaitinin müəllifidir.