Ruslar Dəməşqdə dəhşət törətdi: 50 ölü, 200 yaralı

14 Dekabr 2015 11:24 (UTC+04:00)

Rusiyaya məxsus döyüş təyyarələri Suriyanın paytaxtı Dəməşqin Şərqi Quta bölgəsini bombalayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Təşkilatı məlumat yayıb.

Hücum zamanı ən azı 50 dinc sakin həyatını itirib, 200 nəfər xəsarət alıb. Məlumatlara görə, qırıcılar bölgəyə 25 hava hücumu həyata keçirib. Hadisə nəticəsində bir məktəb dağıdılıb.

Samir