Bakıda avtomobillə vurulan qadın öldü

14 Dekabr 2015 17:02 (UTC+04:00)

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Q.Qarayev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Vüqar Həziyev idarə etdiyi “Daewoo” markalı avtomobillə paytaxt sakini Xədicə Qasımovanı vurub. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov