Ərə getməyə hazırlaşdığı nişanlısı vəfat etdi - FOTO

15 Dekabr 2015 18:59 (UTC+04:00)

Dünyanın məşhur seriallarından olan "Downtown Abbey"in qəhrəmanı Mişel Dokerinin nişanlısı dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisanın 34 yaşlı nişanlısı Con Dinin xərçəng xəstəliyinin nadir növündən əziyyət çəkirmiş.

2013-cü ildən bəri birgə olan və bu il nişanlanan cütlük yaxın zamanda evlənməyi planlaşdırırdı. İşlərinə görə ABŞ-da olan Mişel sevgilisinin vəziyyətinin pis olduğunu eşidən kimi İngiltərəyə qayıdıb və son nəfəsində onun yanında olub.