Ağdaşda 3 otaqlı ev yanıb

16 Dekabr 2015 09:20 (UTC+04:00)

Ağdaşda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın rayonun Abad kəndində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib.

Nəticədə 2 otağının yanar konstruksiyaları və dam örtüyü 84 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.